top of page

EŞİTMƏ ƏLİLLİYİ OLAN UŞAQLAR VƏ ONLARIN TƏHSİLİNİN TƏŞKİLİ


Atababayeva Zəminə Əlibala

Təhsil: Bakı Dövlət Üniversiteti

Sosial Elmlər və psixologiya fakültəsi

Korreksiyaedici təlim ixtisası-2ci kurs tələbə

Ölkə, şəhər: Azərbaycan, Bakı şəhəri


Açar sözlər: Eşitmə əlilliyi, problemlər, inklüziv təhsil, loqopedik iş

Keywords: Hearing disability, problems, inclusive education, speech therapy work

Ключевые слова: нарушение слуха, проблемы, инклюзивное образование, логопедическая работа.

Anahtar Kelimeler: İşitme engeli, sorunlar, kaynaştırma eğitimi, konuşma terapisi çalışması


Xülasə:

Eşitmə canlılara, xüsusilə insanlara məxsus olan səs hadisələri formasında gerçəkliyin əks edilməsi, qavranılması və fərqləndirilməsi bacarığıdır. Eşitmə əlilliyi olan uşaqlar ətraf aləmi qavramaqda çətinlik çəkir, xarici qıcıqlara qarşı zəif reaksiya verirlər. Nitqin olmaması həmin uşaqların əqli və psixi inkişafına da mənfi təsir göstərir, normal ünsiyyətə mane olur. Belə uşaqların söz bazaları çox zəif olur, səslərin burun boşluğunda tələffüzü, aydın olmayan nitqi, səs-heca düzümü özünü qabarıq şəkildə göstərir. Onların nitqi, əsasən, konkret adlardan, yəni isimlərdən ibarət olur, fikirlərini ümumiləşmiş bir sözlə bildirir, şəkilçilərdən istifadə etmir, cümlə qurmaqda çətinlik çəkirlər. Təbii olaraq həmin problem uşaqların psixi inkişafını da pozur. Yaddaş, qavrama və diqqətin çox aşağı olması uşağın inkişafını ləngidir. İlk növbədə nəzərə almaq lazımdır ki, eşitmə qüsurlu uşaqların erkən yaş dövründən təlimlərə cəlb olunması çox vacibdir və həmin təlimlər əyaniliyə əsaslanmalıdır. 


Аннотация

Слух – это способность отражать, воспринимать и различать реальность в виде звуковых явлений, принадлежащих живым существам, особенно человеку. Дети с нарушением слуха испытывают крайние затруднения в восприятии окружающего мира, плохо реагируют на внешние раздражители. Отсутствие речи отрицательно влияет на умственное и психологическое развитие таких детей, мешает нормальному общению. Словарный запас таких детей очень слаб, выражены произношение звуков в полости носа, нечеткая речь, слоговое строение. Их речь в основном состоит из конкретных имен, т. е. существительных, свои мысли они выражают обобщенным словом, суффиксов не употребляют, с трудом строят предложения. Естественно, эта проблема также нарушает психическое развитие детей. Очень низкий память, восприятие и внимание замедляют развитие ребенка. Прежде всего, следует учитывать, что очень важно привлекать к обучению детей с нарушением слуха с раннего возраста, и что обучение должно быть основано на визуализации.

 

Annotation

Hearing is the ability to reflect, perceive and distinguish reality in the form of sound phenomena belonging to living beings, especially humans. Children with hearing loss experience extreme difficulties in perceiving the world around them and react poorly to external stimuli. Lack of speech negatively affects the mental and psychological development of such children and interferes with normal communication. The vocabulary of such children is very weak, pronounced pronunciation of sounds in the nasal cavity, unclear speech, and syllabic structure. Their speech mainly consists of specific names, i.e., nouns; they express their thoughts in general words, do not use suffixes, and have difficulty constructing sentences. Naturally, this problem also disrupts the mental development of children. Very low memory, perception and attention slow down the child's development. First of all, it should be taken into account that it is very important to involve children with hearing loss in learning from an early age, and that learning should be based on visualization.

Eşitmə insan həyatında böyük rol oynayır. Havanın səs dalğaları eşitmə orqanın keçərək bizim daim müxtəlif səsləri eşitməyimizə və cəmiyyətdə fəaliyyət göstərməyimizə kömək edir. Bizim eşitməyimizə kömək edən eşitmə üzvü qulaqdır.  Qulağın hansı hissələrdən və onun quruluşu haqqında nəzər salaq. Eşitmə üzvü 3 hissədən ibarətdir: xarici, orta və daxili qulaqdan ibarətdir.

Xarici qulaq - qulaq keçəcəyi və qulaq seyvanından ibarətdir. Qulaq keçəcəyi gicgah sümüyünün içərilərinə qədər gedir. Havanın səs dalğalarını qulaq seyvanı tutur,  daha sonra bunları xarici qulaq keçəcəyinə verir və onun da arxasında təbil pərdəsi yerləşir. Təbil pərdəsi tarım çəkilmiş vəziyyətdə olur, səs dalğaları pərdəni rəqsi hərəkətə gətirir. Ortaq qulaq təbil pərdəsinin arxasında yerləşmiş kiçik kameradan ibarətdir və içərisində hava var. Daxili qulaq kəllə boşluğuna girən gicgah sümüyünün içərisində yerləşir. O boşluqlar və kanallar sistemindən ibarətdir. Bu sümük labirintdir. Bu labirintdə eşitmə ilə əlaqəli yalnız spiral şəklində burulmuş ilbiz yerləşmişdir. Göründüyü kimi mürəkkəb quruluşa malik olan eşitmə orqanımız qulaq sayəsində biz ətraf aləmdəki səsləri eşidə bilirik. Amma təəssüf ki , bəzən eşitmə orqanımızda baş verən problemlər zamanı ətraf aləmin səslərindən məhrum oluruq. Eşitmə qabiliyyətinin zəifləməsi  həmin insanların nitqi anlaşılmaz və ya mümkünsüz edir. Eşitmə qabilliyətinin itirilməsi yəni karlıq 5-6 yaşından sonra yarandıqda nitq tamamilə itirilmir. Bəs bu problemlər nədən yaranır?. Eşitmə qüsurlu insanlarda nitqi necə fornalaşdırılır?. Onların təhsili necə olur?. Onlar cəmiyyətdə necə sosialaşır?.

Eşitmə problemləri anadangəlmə, doğuş vaxtı və doğuşdan sonra yaranan nöqsanlar nəticəsində baş verir.  Hamiləliyin 10-cu həftəsində başlayaraq xarici qulaq və qulaq pərdəsi inkişaf edir. Orta qulaq isə 18-ci həftədən başlayaraq 32-ci həftədə isə inkişafı tamamlanır. Hamiləlikdə dölün 24-cü həftəsində onun səslərə qarşı reaksiyası zəif olur, lakin 34-cü həftədə isə eşitmə orqanı və hissi orqanları tamamilə inkişaf edir. Hamiləlik zamanı dölün inkişafı daim həkim nəzarəti altında olmalıdır. Dölün suyun bulantı olması ananın qanında mikrop vəya virus olduğu qeyd olunur. Həmin mikrop və viruslar növündən asılı olaraq hamiləlik zamanı müxtəlif fəsadlar törədir. Həmçinin hamiləlik zamanı ananın su çiçəyi, qızılca, sitomeqalovirus, herpes infeksiyası, toksoplazmaz vəs kimi xəstəliklər uşaqda eşitmə əngəlinə səbəb ola bilər. Onuda qeyd etmək lazımdır ki, normal hamiləlik keçirməyə baxmayaraq doğuş zamanı baş verən zədələr, yaxud uşağın müxtəlif xəstəliklər keçirməsi uşaqda eşitmə problemlərinə səbəb ola bilər. Yeni doğulmuş körpənin asfiksiyası, doğuş zamanı kəllədaxili xəsarət, körpənin çəkisinin 1500 qr aşağı olması, aminoqlikozit qrupuna aid olan antibiotiklər və.s kimi hallar doğuşdan sonra eşitmə əngəlli yarada biləcək səbəblərdir. Ginekologiya sahəsinin inkişafı nəticəsində eşitmə qabiliyyətində problemlər kimi digər bir çox problemləri hamiləlik zamanı aşkar etmək olar. Həkim nəzarəti altında aparılan əsas müayinələrdən biridə ultrasəs müayinəsidir (USM) ki, onun sayəsində dölün inkişaf mərhələlərini, onun ürək döyüntüləri kimi müxtəlif prosesləri öyrənmək olur. İlk USM dölün 5-ci və ya 6-cı həftəsindən, ikinci USM 10-cu və ya 11-ci həftəsi, üçüncü USM 19 və ya 21 ci həftəsi, dördüncü USM isə dölün 30-cu həftəsindən sonra başlayır. Eşitmə qüsurunun erkən aşkar edilməsi onun reabilitasiya işini daha da asan edir. Həmçinin reabilitasiya işinin erkən başlanılmasında onların cəmiyyətdə sosiallaşmaqlarına daha da kömək edir. Eşitmə qabiliyyəti pozulmasına görə 4 növü mövcuddur:

1.      Eşitmədə ötürmə pozuntuları

2.      Eşitmədə hissi sinir pozuntuları

3.      Eşitmədə qarışıq pozuntular

4.      Mərkəzi eşitmə qabiliyətinin pozuntuları.

1.Eşitmədə ötürülmə pozuntuları xarici və ya orta qulaqda baş verən xəstəlik zamanı yaranır. Həmin şəxslər eşitmə cihazlarından istifadə edə bilərlər. 2. Eşitmədə hissi sinir pozuntuları daxili qulaqda olan hissi tük hüceyrələrin və ya daxili qulaqda eşitməyə cavabdeh olan sinirlərin zədələnməsi nəticəsində yaranır. Bu şəxslər adətən eşitmə cihazları ilə belə istifadə edə bilmirlər. 3. Eşitmədə qarışıq pozuntular həm daxili, həm xarici, həmdə orta qulaqda yaranan problemlər nəticəsində baş verir. 4. Mərkəzi eşitmə qabiliyyətinin pozuntuları isə mərkəzi sinir sistemində, və yaxud beynin elə özündə yaranan problemlər nəticəsində baş verir.

Körpələrdə eşitmə probleminin olmasını müxtəlif metodlar ilə aşkar etmək olar. Bu metodlardan biri də audioloji skrininq  metodur. Bu metod körpə dünyaya gəldikdən 2-3 gün sonra tətbiq olunur. Audioloji skrininq metodu sayəsində uşaqlarda erkən eşitmə problemi aşkar edilir , reabilitasiya işinə başlanır və həmin uşaqlar eşitmə cihazları ilə təmin olunur. Eşitmə əngəlli uşaqlarda 70-80 DB yüksək səslərə qarşı müxtəlif reflekslər təzahür edir. Bu reflekslərə əllərin ayaqların gərilməsi nəticəsində baş verə moro refleksi, gözlərin bağlı olduğu halda sıxılması koxleopalpebral refleksi və tənəffüs refleksi aiddir.

Eşitmə əngəlli uşaqlarda Koxlear implantasiya əməliyyatı onların eşitməsində böyük rol oynayır. Həmin uşaqların cəmiyyətdə sosialaşmasında və inteqrasiya qurmasında əvəzsiz rol oynayır.

Eşitmə əngəlli uşaqların inklüziv təhsilə yönəldilməsi onları cəmiyyətdə sosiallaşmasına, şəxsiyyət kimi formalaşmasına kömək edir. İnklüziv təhsil müəllimlərin, valideynlərin və şagirdlərin birgə fəaliyyəti ilə əngəllərin aradan qaldırılması yollarını öyrənir. Xüsusi təhsildə Amerikanın İDEA qanunu ənliliyi olan şəxslərin əvvəlcə insanın özünü ifadə edir, daha sonra ona uyğun termini müəyyənləşdirir. Xüsusi təhsildə el arasında istifadə edilən terminlər deyil, daha mülayim terminlər istifadə olunur. Yəni “ kar” deyil , “eşitmə əliliyi olan şəxs” , “kor” deyil “görmə əliliyi olan şəxs” kimi istifadə edilir.

Eşitmə əngəlli uşaqların təhsilə yönəldilməsi, onların təlim-tərbiyə metodların öyrədilməsi ilə bağlı surdopedaqogika elmi məşğul olur. Surdopedaqogika elminin “ surdodidaktika” bölməsi vardır.  Bir çox ölkərlərdə ( Rusiya, Belarusiya, Ukrayna vəs) “surdodidaktika” dərs vəsaitləri hazırlanıb xüsusi məktəblərdə tədris olunur. Kar və zəif eşidən uşaqların təhsili zamanı Professor Nizam Xudiyev,  Fərahim Sadıqov, Akif Abbasov, Səməd Qasımov kimi məhşur alimlər tərəfindən hazırlanan “ Azərbaycan dili”, “ Ana dili”, “ Oxu” dərslikləri istifadə olunur.  Eşitmə əngəlli uşaqlar ətraf mühitdə əsasən estetik gözəlliklərə diqqət edirlər. Ancaq psixoloqlar qeyd edirlər ki, estetik gözəlliyə diqqət edən belə uşaqlar adətən baş verən hadisələri səthi qavrayırlar. Onların dünyanın gözəllilərin düzgün qavranılması üçün təhsil mühüm rol oynayır. Estetik gözəlliyə malik olmaq üçün uşaqda xüsusi qabiliyyətə malik olmalıdır. Lakin eşitmə əngəlli, nitqin düzgün inkişaf etməməsi uşağın var olan qabiliyyətini üzə çıxartmaqda çətinlik yaradır. Buna görədə xüsusi məktəblərdə müəllimlər həmin bacaqrıqları aşkar etmək üçün müəyyən oyunlardan, rəsim dərslərindən,  rəqsdən istifadə edə bilərlər. Həmçinin müxtəlif bayramlar “ Qış buketi səbəti” , “  Payızda təbiət”, “Baharın qarşılanması”  kimi başqa digər bayramlar keçirtməklə onların estetik görüşlərini inkişaf etdirmək olar. Bədii əsərlərin qavranılması, orada olan şəkillərin qavranılması, rəng çalarların başa düşülməsi onların estetik görüşlərinə təsir edir. Amma eşitmə əngəlli uşaqların nə qədər estetik görüşlərini zəngin olsada onlar bunları ifadə edə bilmirlər. Çünki eşitmə əngəlli onların nitqinədə təsir edir. Belə ki sonradan qazanılmış eşitmə əngəllində müəyyən qədər olsada nitq olur. Eşitmə ilə bağlı sözləri fərqləndirə bilməyən uşaqlar, lüğət ehtiyatının olmaması onların nitqini anlaşılmaz edir. Eşitmə əngəlli ilə bağlı yaranan nitq pozuntuları zamanı loqopedik işlər aparılmalıdır. Bu zaman loqopedik işlər fərdi və qrup şəklində olmaqla 2 növü vardır. Həm qrup, həmdə fərdi aparılan loqopedik işlərin əsas məqsədi uşaqların nitqindəki nöqsanların aradan qaldırılması, düzgün tələffüz vərdişləri yaratmaqdır. Loqoped uşaqlarla həftədə 3 dəfədən az olmayaraq 20 dəqiqə məşğul olmalıdır.  Zəifeşidən uşaqlarda səsin qoyulması , nitqdə baş verən nöqsanların aradan qaldırımasında görmə, duyma və kinestetik hissiyyatdan istifadə etmək lazımdır. Eşitmə əngəlli uşaqlarda səsləri , həmin səslərin bir çox dəfə təkrar ediləməsi və mənimsədilməsi üçün şəkillərdən, oyunlardan , şeirlərdən ,tapmacalar, yanıltmaclar və s. istifadə edilə bilər.



Ədəbiyyat siyahısı:

1.      S.İ. Məmmədova “ Uşaq anatomiyası , fiziologiyası və gigyenası”  səh 76.

2.      Tamilla Ağayeva “ Eşitmə qüsurlu uşaqların erkən aşkarlanmasının sosial reabilitasiyada rolu”. Azərbyacan Respublikasının Təhsil İnsitutu elmi əsərləri.  Cild 85, nömrə 3, nəşr ili 2018. Səh 179-182.

3.      Tim Loreman, Joanne Deppeler, David Harvey “ İnklüziv təhsil” səh 35. İngilis dilində variantını nəşr ili 2005. Azərbaycanda çapa imzalanıb 2020.

4.      Fərahim Sadıqov “ Korreksiya pedaqogikasına giriş” Bakı 2017. Səh 61-62.

5.      Dilarə Dostuzadə “ Eşitmə qüsurlu uşaqların estetik tərbiyəsinin nəzəri əsasları” Azərbaycan Respublikasının Təhsil İnsitutunun elmi əsərləri. Cild 85, nömrə 4, nəşr ili 2018 səh 160-161.

6.      Dilarə Dostuzadə “ Zəifeşidən və sonradan karlaşmış uşaqların oxu texnikasının formalaşdırılması yolları” nəşr ili 2011. Səh 60, 63, 68.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page